Günəş saatı ilə işləyən qol saatı

Günəş saatı ilə işləyən qol saatı

Fransız dizayneri Olivye günəş saatı hazırlayıb. SİA-nın məlumatına görə, haqlı olaraq \"Solaris\" adlandırılan bu qol saatının işlək vəziyyətdə olması üçün heç bir batareyaya ehtiyac yoxdur. Bunun üçün sadəcə günəş şüaları yetərlidir.

Günəş saatı qənaətcil işıq diodlarla təchiz edilib. Göy və bənövşəyi lampacıqlar bir saatlıq və ya 5 dəqiqəlik intervallarla yanıb sönür ki, bu da saatı hətta qaranlıqda belə sezməyə imkan verir.

Kiçik ölçüsü və fərqli dizaynı sayəsində bu \"Solaris\" qol saatı qaranlıqda sanki bənövşəyi-yaşıl işıldaböcəyə bənzəyir. Əslində, saata belə dizayn verməkdə müəllifin əsas məqsədi təkcə onu diqqətçəkici etmək deyil, həm də daşınması yüngül olan bir mexanizm yaratmaq olub.

Qeyd edək ki, istər dizayn və funskionallıq, istərsə də ekoloji cəhətdən \"Solaris\" qol saatını texnologiya sahəsində kiçik də olsa, bir yenilik hesab etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə