\"Porshe\" yeni nəsil avtomobili təqdim edib

\"Porshe\" yeni nəsil avtomobili təqdim edib

\"Porshe\" yeni nəsil Carrera 4 GTS kupe və kabrioletinə dair şəkil və məlumatı ictimaiyyətə təqdim edib. SİA-nın məlumatına görə, Carrera 4 GTS avtomobili Carrera S modelindən bizə yaxşı tanış olan 3,8 litrlik 6-silindrli mühərriklə (408 at gücü) təchiz olunub.

Kupenin 100 km üçün yanacaq sərfiyyatı 11 litr, kabrioletinki isə 11,2 litr təşkil edir.

Xarici görünüşünə görə Carrers 4 S avtomobili təkcə kapot və qapıları üzərindəki etiketinə görə deyil, həm də qara spoyler və diffizoruna görə digər modellərdən fərqlənir.

Almaniyada kupenin qiyməti 111 956 avro, kabrioletin dəyəri isə 122 071 avrodan başlayaraq dəyişəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə