Livanda qədim ilanın daşlaşmış formasını tapıblar. Amma maraqlısı orasındadır ki, bu ilanın aydın görünən ayaqları var. Yeni texnologiyanın köməyi ilə alimlər süxuru dağıtmayaraq orada görünməyən, amma süxurun içində olan ilanın ayaqlarını görməyə müvəffəq olublar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə 50-santimetrlik sürünənin bir hissəsinin süxurda olmasına baxmayaraq onun digər ayağı tam aydınlıqla görünür.
Alimlər sinxron rentgen şüasının köməyi ilə ilanın 3D variantını düzəltməyə müvəffəq olublar. Bu aparatın köməyi ilə onlar süxurun işində olan digər ayağın tam təsvirini alıblar.
Tədqiqatçılar belə qərara gəliblər ki, ilanların ayaqları kərtənkələlərə nisbətən qısa vaxtda və ləng böyüyüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB