Corabların yaranma tarixi
Geyimimizdə istifadə etdiyimiz paltarlardan biri də corablardır. SİA-nın xəbərinə görə, corablar e.ə. 600-cü ildə qədim Yunanıstanda meydana gəlib. Əvvəllər corabları əl ilə toxuyardılar. Keçmişə nəzər salsaq, görərik ki, bu gün hər bir qadının qarderobunda rast gəldiyimiz vacib elementlərdən sayılan corab və kalqotkalar bir vaxtlar kişilərin, kavalerlərin də qarderobundan əskik olmazmış. Ən çox da çulkilər. O vaxtı çulkisiz kişi geyimlərini təsəvvür etmək olmazdı. Kişilər üçün boruşəkilli şalvarların ərsəyə gəlməsi onların çulkilərdən istifadəsini azaltdı və onlar corabdan istifadə etməyə başladılar.

Bütün xəbərlər Facebook səhifəmizdə