İnsanları narahat edən problemlərdən biri ağız qoxusunun yaranmasıdır ki, bu problem həm onu daşıyan, həm də ətrafdakı insanlarda narahatçılıq yaradır. Onu aradan qaldırmaq üçün nələri etmək lazımdır? Bu suala cavabı SİA təqdim edir.
Qoxunu yox etmək üçün təkcə dişləri fırçalamaqla iş bitmir. Məhz bu səsəbdən də nəfəsinizi təzələməyə yardımçı ola biləcək yeməklərdən, meyvə və ədviyyatlardan istifadə etmək lazımdır.
Məsələn, alma, kök, turp nəfəsi təmizləməkdə təsirlidir. Nanə və darçın da sarımsaq və soğan qoxularına təsir edir. Bundan əlavə limon da bu problemin qarşısını almaq da mühüm əhəmiyyətə malikdir.
Limon suyunu içməklə qoxunun qarşısını almaq olar.
Cəfəri, keşniş, razyanadan da istifadə etmək məsləhətdir. Gündə 1 və ya 2 dəfə yeyəcəyiniz yarım fincan qatıq da ağızda qoxu əmələ gətirən hidrogen-sulfidi aparmaqda gözəl vasitədir.
Qeyd edək ki, ağızdakı pis qoxuları yaradan hidrogen-sulfiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB