Qanadlı pişik

Çinin Şaanx bölgəsində qeyri-adi bir hadisə baş verib. Adı çəkilən bölgədə yaşayan Qranni Frenq adlı yaşlı bir qadının pişiyinin qanadlarının çıxması insanların böyük təəccübünə səbəb olub. Qadının söylədiklərinə görə, erkək olan bu pişik doğulanda bədəninin hər 2 tərəfində balaca şiş olub. Təxminən 2 aya bu şişlər böyüyüb və Frenq bu pişiyi baytara aparmaq istəsə də son anda fikrindən daşınıb.

Frenq sonradan bu şişlərin yerindən uzun sümüklü və tüklü qanadların çıxdığını söyləyib. Alimlərin fikrincə, bu, süni yol ilə heyvan genlərinə olan təsirin təbii yolla üzə çıxmasıdır. Amma qeyri-adi görünən bu hadisəyə çox nadir hallarda rast gəlinir.

Bütün xəbərlər Facebook səhifəmizdə