İsveçin Malmo şəhər teatrında aktyorlardan biri tamaşa zamanı spirtli içki qəbul edərək sərxoş olub və elə səhnədəcə yuxuya gedib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, iki saata qədər davam edən tamaşa boyunca aktyor hər altı dəqiqədən bir spirtli içki qəbul edib.
Bir müddət sonra aktyor özünü aqressiv aparmağa, qışqırmağa, söyüş söyməyə başlayıb. Hətta vəziyyət o həddə çatıb ki, məsələyə tamaşaçılar müdaxilə etməli olub. Onlar qalan içkini aktyordan gizlədiblər. Bundan bir qədər sonra içkili aktyor elə səhnədəcə yuxulayıb.
Mariya Steynborq truppasının nümayəndəsinin sözlərinə görə, səhnədə içki qəbul edib sərxoş olmaq tamaşanın yaradıcı ideyası olub. Ancaq aktyorun yuxuya getməsinin tamaşanın quruluşuna daxil olub- olmamasını müəyyənləşdirmək mümkün olmayıb. Hətta sərxoş aktyora nəzarət etmək üçün tamaşaya həkim də dəvət edilib.
Qeyd edək ki, belə bir hadisə ötən il Almaniyada baş verib. Aktyorlar Venedikt Yerofeyevin "Moskva-Petuşki" əsərini oynayan zaman səhnədə artıq dozada spirtli içki içiblər. Sərxoş olan aktyorlar hətta improvizələr edərək tamaşaçılara da içki təklif ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB