Fransanın sonuncu imperatoru III Napoleonun xanımı Yevgeniyə aid olan zümrüd tac 12.76 milyon dollara satılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsveçdəki Sothebys auksion mərkəzində keçirilən hərrac zamanı 1900-cü illərdə Almaniya şahzadəsi Quido Henkel von Donnersmarksın ikinci xanımı Katerina tərəfindən istifadə edilən zümrüd tacı alan şəxsin adı açıqlanmayıb.
Hərrac zamanı kimyəvi saflığı ilə ən çox axtarılan almazlardan olan çəhrayı almaz da 10,8 milyon dollara satılıb. 30 ildir ki, belə çəhrayı almaz satılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB