Hər gün diş fırçalayarkən, saç darayarkən, üz qırxarkən, paltar geyinərkən və ya elə-belə dəfələrlə baxdığımız güzgülər sağlamlığımızın qeydinə qalacaq. SİA-nın xəbərinə görə, alimlər yaxın 10 il ərzində güzgülərin sağlamlıq mütəxəssisi olacağını bildiriblər. Onların sözlərinə görə, aynalar yalnız görüntümüzü əks etdirməklə kifayətlənməyəcək, çəkimizə nəzarət edəcək, təzyiqi ölçəcək və bu barədə məlumatları bağlı olduqları sistemə ötürəcəklər. Mütəxəssislər yeni model güzgülərin şəxsin bütün sağlamlıq məlumatlarının daxil olduğu sistemə bağlı olacağını bildiriblər. Çəki artımı və ya azalması, təzyiqin qalxması və ya enməsi kimi bütün məlumatlar bu sistemə yüklənəcək. Dünyanın istənilən bölgəsindən sistemə daxil olaraq özümüz haqqında məlumat əldə etmək mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB