Bu ilin yayında güllü çantalar dəbdə olacaq- FOTO

Bu ilin yayında güllü çantalar dəbdə olacaq- FOTO

Yaz-yay mövsümündə xanımların ən sevimli aksessuarları güllü çantalar olur. Bu çantalarda baharın və yayın isti nəfəsi, hərarəti duyulur. Təsadüfi deyil ki, tanınmış dizayner və modelyerlər də 2011-ci ilin yaz-yay mövsümündə aksessuarlarda gül elementlərinə üstünlük verir.

SİA bununla bağlı çantalar haqqında sizlərə qısaca məlumat verir. Belə güllü çantalar müxtəlif formalarda olur. Kiçik gülü xatırladan əl çantaları və klassik formalı iri güllü çantalar bu mövsümdə dəbdədir. Bu çantaları həm gündəlik , həm də ziyafətlərdə götürmək olar.

Əziz xanımlar, yaz-yay mövsümündə allı-güllü çantalar əsas aksessuarınız və yol yoldaşınız olacaq. Belə çantalara diqqətinizi əsirgəməyin.

Bütün xəbərlər Facebook səhifəmizdə