Ağlamağın xeyri
Kişilərin ağlaması çox az təsadüf olunan bir haldır. SİA-nın xəbərinə görə, ağlayanda bütün mənfi emosiyalar göz yaşı ilə birgə bədəndən xaric olur və insana rahatlıq gətirir. Sivilizasiya inkişaf etdikcə insan stereotipləri də dəyişir. Qədim Yunanıstanda kişinin göz yaşını göstərməsində eyib heç nə yox idi. Ötən əsrin ortalarında psixoloqlar əmin edirdilər ki, göz yaşları stress və psixosomatik xəstəliklərlə mübarizə aparmağa kömək edir. Sonralar araşdırmalar nəzəriyyəni təsdiqlədi.
Bir neçə on illərdir ki, cəmiyyət güclü və qəhrəman kişi - emosiyasız terminatora pərəstiş edir. Amma kişilər anadan olanda ağlayırlar. Körpələrin göz yaşları gözü infeksiyadan qoruyur. Göz yaşı sosial siqnal kimi ətrafdakıların diqqətini və dəstəyini cəlb etməyə yönəlir. Hətta yanınızda heç kim olmasa belə göz yaşlarınız Allaha müraciət olunmalıdır. Göz yaşının sağlamlığa faydası çoxdur: gözdən çıxan bioloji aktiv maddələr yaraların tez sağalmasına və ağrını kəsməyə qadirdir. Göz yaşları ilə bərabər təkcə qəm-kədər yox, həm də toksinlər, yəni zəhərli maddələr xaric olunur. Ağlayanda 43, güləndə isə 17 üz əzələsi hərəkət edir. Kişilərin sağlamlığı naminə onları arabir ağlatmaq lazımdır! Kardioloqların fikrincə, ağlamaq ürəyə xeyirdir. Bəzi kişilər hisslərini boğanda ürəkləri zədə alır. Bu da infarkta belə gətirib çıxarda bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə