Depressiyada olan şəxslər daha çox siqaret çəkirlər

Depressiyada olan şəxslər daha çox siqaret çəkirlər
Depressiyada olan şəxslər daha çox siqaret çəkirlər. SİA-nın xəbərinə görə, mütəxəssislərin fikrincə, depressiyada olan 20 və daha yuxarı yaşlı insanların 43 faizi, depressiyada olmayanların isə 22 faizi siqaret çəkir. Araşdırma 5 min nəfəri əhatə edib. Bəlli olub ki, depressiyada olan 40-54 yaşlı kişilərin yarıdan çoxu, 20-39 yaşlı qadınların isə yarısı siqaret çəkir. Depressiya vəziyyətində olan insanlar bu zərərli vərdişi tərgitməkdə də çətinlik çəkirlər. Hətta yüngül depressiyada olanlar belə siqaretə meylli olurlar. Hər il 5 milyona yaxın insan siqaret fəsadlarının qurbanı olur. Siqaret çəkənlərin ömrü də 13-14 il daha qısa olur.

Bütün xəbərlər Facebook səhifəmizdə