Yeni doğulan uşaqlar yatarkən belə nə isə öyrənirlər

Yeni doğulan uşaqlar yatarkən belə nə isə öyrənirlər
Yeni doğulan uşaqlar yatarkən belə nə isə öyrənirlər. SİA-nın xəbərinə görə, mütəxəssislər 26 uşaq üzərində araşdırmalar apararaq belə qənaətə gəliblər. Gündə təxminən 18 saat yatan uşaqlar yuxuda məlumatları sürətlə mənimsəyirlər. Araşdırma çərcivəsində 1-2 günlük uşaqlar yatarkən onların göz qapaqlarına səsin müşayiəti ilə xəfif hava üfürülüb. 20 dəqiqədən sonra 26 uşaqdan 24-ü səs eşidəndə gözlərini tərpətməyə başlayıb. Mütəxəssislər bu zaman uşaqların beyin dalğalarında dəyişiklik olduğunu qeyd ediblər. Ancaq yuxuda öyrənmək qabiliyyəti yalnız uşaqlara xas cəhətdir. Yəni böyüklərdə belə bir qabiliyyət mövcud deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə