Ata niyə soldan minirlər?
Əsrlər əvvəl insanlar qılıncdan asan istifadə etmək üçün onların qınını sol tərəfdə saxlayırdılar. SİA-nın xəbərinə görə, ata minərkən sol dizin altına qədər uzanan bu uzun qılıcla ata sağdan minmək, yəni sağ ayağı üzəngiyə qoyub sol ayağı atın üzərinə ataraq minməyə qılınc mane olurdu. Xüsusilə müharibəyə gedən ordularda bir qayda olaraq hər kəs ata soldan minməli idi. Artıq ata minənlər qılınc daşımasalar da ata soldan minmək artıq bir qayda halına keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə