Başdan qurd çıxdı

ABŞ-ın Kolorado ştatının sakini Aron Dallas başındakı küt ağrıların səbəbini biləndə şoka düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, çoxdandır ki, baş ağrılarından əziyyət çəkən Dallas həkimə gedəndə onun başında qurdlar olduğu məlum olub.

Belə ki, bir müddət əvvəl Belizə tətilə yollanan Dallas orada başının dərisini cızıb və \"bot\" adlı yerli milçək onun dərisinə yumurta qoyub. Həmin yumurtalar sürfələrə çevrilərək baş dərisini ovaraq içəriyə yeriyiblər.

Həkimlərin müdaxiləsi nəticəsində qurdlar Dallasın başından çıxarılıb.

Qeyd edək ki, "Bot" adlı milçəklər Mərkəzi və Cənubi Amerikada geniş yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə