Qol saatlarının tarixcəsi çox da uzun deyil. Müxtəlif üsullarla vaxtı təyin edən insanlar bəlkə də bir vaxt bu cihazın qollarında gəzdirəcəklərini ağıllarına da gətirməzdilər. Amma bu möcüzə baş verdi. SİA-nın verdiyi məlumata görə, qol saatının kim tərəfindən ilk dəfə istifadə olunduğu və bunun hansı tarixdə baş verdiyi dəqiq məlum olmasa da, bu cihazın artıq hər birimizin gündəlik həyatımızın bir parçası olduğu faktı danılmazdır.
Sual olunur, saatları niyə sol qolumuza taxırıq? Bu barədə müxtəlif versiyalar olsa da, hətta saatı sağ qola taxmaqla deyilənləri inkar etməyə çalışanlar olsa da, sonda bu sualdan qaça bilmirsən: niyə sol qol?
Bəzilərinin fikrinə görə, sol əlin az hərəkətli olması və belə olan təqdirdə saatın zədə alma etimalının azalması verilən sualın cavabı ola bilər. Digər versiyalar isə yalnız versiya olaraq qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB