65 yaşında fədakar ata

Türkiyənin Qaziantep bölgəsində xəstəlik səbəbindən bir böyrəyi götürülən və digər böyrəyi də işləməz hala gələn 3 uşaq anası Şengül Özcan 65 yaşlı atasının verdiyi böyrəklə həyata qayıdıb. SİA-nın xəbərinə görə, Özcanın 12 il əvvəl xəstələndiyi üçün böyrəklərinin biri əməliyyatla alınıb. Aradan keçən müddət ərzində digər böyrəyi də işləməz hala gəlib və pəhrizlərlə ancaq 6 il dözə bilib.

Özcan narahatlığının irəliləməsi nəticəsində həkiminin təklifiylə böyrək nəqli etdirməyə qərar verib. Üsyankara Dəmir (63) qızına böyrəyini vermək istəyib, ancaq toxumaları uyğunlaşmayıb. Bunun da nəticəsində ata Fevzi Dəmir, (65) qızına böyrəyini verə biləcəyini söyləyib.

Aparılan tədqiqatlar nəticəsində atanın toxumasının qızına uyğun olduğu müəyyənləşib və Qaziantepdə edilən əməliyyatla 65 yaşındakı ata Fevzi Dəmirin böyrəyi qızına nəql edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə