600 heyvan növünün qırılmaq təhlükəsi var

600 heyvan növünün qırılmaq təhlükəsi var
Alimlərin araşdırmalarına görə, 1600-cü ildən bəri 150-dən çox vəhşi heyvanların və quşların nəsli tamamilə kəsilib. SİA-nın xəbərinə görə, Respublikamızın "Qırmızı kitab"ının tərtib olunması üçün 1977-ci ildə qərar verilib. Kitab 1989-cu ildə nəşr olunub. Bitki və heyvanların "Qırmızı kitab"a düşməsi onların sayının azalmasının qarşısını xeyli alıb. Respublikamızın "Təbiət gözəli" olan ceyranların sayı indi artaraq 8 min başa çatıb. Adı"Qırmızı kitab"a düşən bir çox bitki və heyvanlar isə ciddi surətdə qorunur. Dünyada 20 minə kimi bitki növünün yığılması qadağan olunub. 600 heyvan növünün qırılmaq təhlükəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə