İnternetdən istifadənin beyində meydana gətirdiyi zərərdən xəbəriniz varmı?

İnternetdən istifadənin beyində meydana gətirdiyi zərərdən xəbəriniz varmı?

Mütəxəssislər tərəfindən aparılan araşdırmalarda həddindən artıq internet istifadəsinin beyində meydana gətirdiyi zərərin kokain və heroinin yaratdığı zərərlə eyni olduğu müəyyən edilib. SİA-nın məlumatına görə, psixiatr Prof. Dr. Nevzat Tarhan bildirib ki, virtual alışdırıcı olan kompüterin və internet mühitinin fizioloji asılılıq yaratdığı bu gün öz təsdiqini tapıb.

Edilən araşdırmalarda, həddindən artıq internet istifadəsinin beyində meydana gətirdiyi zərərin kokain və heroinin yaratdığı zərərlə eyni olduğunu təyin etdiyini deyən Tarhan, "İnternet və kompüterin həddindən artıq istifadəsi beyində maddə asılılığına bənzər narkotik kimi təsir meydana gətirir. 24 saat kompüter arxasında qalmağa çalışan, yemə-içmə və digər ehtiyaclarını klaviatura qarşısında aradan qaldırmağı seçənlərin bir müddət sonra beyin funksiyaları maddə asılılığı kimi pozulur\" şərhini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə