Balinalar sürü halında soyuq sularda yaşayırlar. SİA-nın xəbərinə görə, bu heyvanın növləri fərqlidir. Onların boyları 30 metr, ağırlıqları isə 200 ton ola bilər...Okeanlarda yaşayan isti qanlı məməli heyvanlardır. Bütün məməlilərdə olduğu kimi bu heyvanlar da balalarını doğaraq dünyaya gətirərlər və öz südləri ilə bəsləyərlər. Növləri ilə bağlı olaraq 70 və ya 90 il arası ömür sürürlər. Hazırda balina ovunun azalması yönündə bir sıra tədbirlər görülüb.Uzunluğu 1,2 m-dən 20 m-ə qədərdir. Dişsiz balinalardan fərqli olaraq 1-dən 240-dək dişi olur. Başının təpə hissəsində bir burun dəliyi var. Alt çənə qısa olub ön tərəfdən bitişikdir. Dişli balinalar oriyentasiyanı exolokasiya ilə təyin edir. Hava kisələri sistemi olan exolokasiya aparatının yaranması kəllənin asimmetriyasına səbəb olur. Dişli balinalar çox yaxşı eşidir və səs siqnallarını qəbul edir. Burun kanalı ilə əlaqədar olan səs orqanı yaxşı təkmilləşib.Bioloji adla tanınan "balina" latınca \"böyük dəniz heyvanı\" deməkdir. Gövdələri mekik şəklində, incə uzun və ortada qalındır. Ön üzvləri dəyişərək üzgəcə çevrilib. Arxa üzvləri isə çox kiçikdir. Bu heyvanlar qrup olaraq yüksək bir zəka səviyyəsinə sahibdirlər. Balinalar ağciyərləri ilə tənəffüs edirlər. Onları balıqlardan ayırmanın bir başqa yolu da quyruqlarının şəklidir. Balıqların quyruqları dikdir və üzərkən sağdan sola hərəkət edir. Balinaların quyruqları isə üfüqidir. Bel sümükləri bədənlərinə uyğun şəkildə hərəkətdə olur. Balinalar su üzünə çıxaraq ciyərlərindən karbon 4 oksidi çölə verir və bu zaman təzə oksigen tənəffüs edirlər. Onlar nəfəs aldıqdan sonra əzələlər sayəsində nəfəs dəlikləri bağlanır və bir daha su üzünə çıxana qədər bağlı qalır. Balinalar olduqca təhlükəlidir. Onların hər bir etdiyi hücumda təbii ki, şikarının sağ çıxma ehtimalı olduqca azdır. Balinaların su altında, digər məməli heyvanlardan fərqli olaraq daha çox qaldığı söylənilir. Bu heyvanların əzələlərində olan miyoglobin çox fərqlidir. Bədən temperaturları həmişə yüksək olur. Bu səbəbdən də vahid kütlə başına daha az oksigen xərcləyir. Balinaların gözləri böyükdür və başlarından bir az arxa tərəfdə yerləşir. Onlar ağladıqda göz yaşları su kimi yox, tam fərqli-yağlı şəkildə ifraz olur.
Bütün xəbərlər Facebook səhifəmizdə