ABŞ-ın Miçiqan ştatının Ueyn Universitetinin alimləri maraqlı bir fakt aşkar ediblər. SİA- nın xəbərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, şən və təbəssümlü insanlar daha çox yaşayırlar. Hesablamalar göstərib ki, təbəssüm insan ömrünü orta hesabla 7 ilədək uzadır. Lakin hesab olunur ki, təbəssüm insanın daxili harmoniyasını, nikbinliyini və həyata nikbin münasibətini əks etdirir. Odur ki, çalışın daha çox gülümsəyin və həyatda heç nəyin sizi üzməsinə izin verməyin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB