1911-ci il iyunun 14-də dəmiryol gəzintisi vaxtı qeyri-adi hadisə baş verib. SİA-nın xəbərinə görə, Roma vağzalından gəzintiyə çıxan vaqon şəhərin görməli yerlərinə yol alıb. Qatar yeni çəkilən dəmir yolu tunelinə yaxınlaşıb. Qatardan atılmağa imkan tapan iki sərnişinin dediklərinə görə, birdən ətrafı ağ duman bürüyüb, qatar tunelə yaxınlaşdıqca duman qatılaşıb. Şahidlərin dediyinə görə, duman getdikcə yapışqan mayeyə çevrilib. Qatar tunelə girərək yox olub. On ildən sonra həmin qatar Poltava vilayətinin Zavaliçi kəndi yaxınlığında görünüb. Maşinistin kabinəsi boş idi, pərdələr bağlı idi. Qeyri-adi hadisələr araşdıran komissiyanın sədri V.P.Leşatıy keçmişdən qayıtmış bu qatarı tədqiq etməyə cəhd edib. Onun qeydlərinə görə, qatar naməlum şəkildə zamanı keçərək bizim dövrə gəlib. 1991-ci ildə həmin komissiyanın sədri Leşatıy özü bunu öyrənməyə cəhd edib. Lakin qatarın pilləkəninə tullanmağı ilə özü də yoxa çıxıb. Qatar hal-hazırda Zavaliçi kəndində dayanıb, lakin heç kəs onu öyrənməyə cəsarət etməyib. Alimlər zamanın yerdəyişməsi ideyası ilə razılaşıblar. Burada nəinki zaman möcüzələri baş verir, eləcə də buradakı insanların vaxtından əvvəl qocalmaları da müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB