"İndependent" qəzetində yer alan bir xəbərə görə, 500 avro qiymətində olan bir qan testi sayəsində insanın nə qədər sürətli yaşlandığını və nə vaxt öləcəyini gerçəyə yaxın olaraq təsbit etmək mümkün olacaq. SİA-nın xəbərinə görə, qan testinin İngiltərədə bu ilin sonunda satışa çıxarılması planlaşdırılır. Mübahisəli test bir insanın xromosomlarındakı \"telomere\" adı verilən həyati strukturların uzunluğunu ölçür. Elm adamlarının fikrinə görə, \"telomere\"si qısa olanların ömürü də qısa olur.
Testi hazırlayan elm adamları 500 avroluq qan testi sayəsində bir insanın \"telomere\"lərinin gücünə baxılaraq, xronoloji yaşını müqayisə edərək bioloji yaşın daha gənc və ya yaşlı olub-olmadığını görə bilir. Bu testin 5 və ya 10 il içində çox geniş şəkildə istifadə ediləcəyi təxmin edilir. "İndependent" qəzeti bəzi elm adamlarının, qan testinin etibarlı bir ölçü olub-olmadığını və istifadəsinin nə dərəcə etik olduğunu müzakirə edildiyini yazıb.
Qan testinin nəticələri həyat və ya sağlamlıq sığortasını təmin edən şirkətlər üçün də əhəmiyyətli ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB