Türkiyəli həkimlər zəkanın meydana gəlməsinə zəmin hazırlayan yeni bir gen kəşf ediblər
İnsan beynində yaranan ən böyük sirrlərdən biri Yale Universitetinin prof. Dr. Murad Günelin Türkiyədəki tədqiqatçılarla əməkdaşlığı nəticəsində həll edilib. SİA-nın xəbərinə görə, işin sonunda insanı digər növlərdən ayıran və insan beyninə şəkil verərək zəkanın meydana gəlməsinə zəmin hazırlayan yeni bir gen kəşf edilib.
Beynin meydana gəlməsində əhəmiyyətli rol oynayan \"lamının-gamma3\" adlı genin kəşfi qabaqlayıcı həkimlik xidmətləri sayəsində zehni xəstəliklərin maneə törədilməsi üçün kritik rol oynayır. Bu cür genlərin kəşfinin bundan başqa, beynə gec yaşlarda təsir edən Alzheimer və Parkinson kimi nevrodegenerativ xəstəliklərin müalicələrinin tapılmasına zəmin hazırlaya biləcəyi düşünülür.
Prof. Dr. Murad Günel etdiyi şərhdə, insan beyninin tipik görünüşünü verən səth qıvrımlarının necə meydana gəldiyinin indiyə qədər bilinmədiyini ifadə edib. İnsan beyninin ən aşkar və əhəmiyyətli xüsusiyyətlərindən biri olan bu qıvrımların beynin səth sahəsini artıraraq insan zəkasının inkişafının arxasında yatan sirr olduğunu izah edən M.Günel bu qıvrımların meydana gəlməsində rol oynayan genlərin indiyə qədər tapımadığını söyləyib. O, başçılığını icra etdiyi qrupun Türkiyə ilə əməkdaşlıq edərək insanı digər növlərdən ayıran və insan beyninə şəkil verərək zəkanın meydana gəlməsinə zəmin hazırlayan yeni bir gen kəşf etdiklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB