Amur çayında işləyən geoloqlar qəribə bir mənzərənin şahidi olublar. SİA-nın xəbərinə görə, çayın sahilində bir ayı balıq tutmaqla məşğul imiş. O, tutduğu balıqları geriyə baxmadan sahilə tullayıb. Balıqlar isə çapalayıb yenidən suya düşüblərlər. Birdən ayı geriyə baxıb görüb ki, balıqlar yoxdur. Bir qədər hərəkətsiz qaldıqdan sonra yaxındakı ağacdan bir budaq sındırıb onunla suya döyəcləməyə başlayıb. Bu dəfə ayının tutduğu balıqlar keyləşib suyun üzünə qalxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB