Amerikalı elm adamları tərəfindən edilən bir araşdırmada qadınların niyə kişilərdən daha tez çəki aldığı araşdırılıb. SİA-nın xəbərinə görə, \"Science\" adlı jurnalda nəşr olunan hesabatda bunun səbəbinin qadın beyninin quruluşuyla əlaqədar olduğu qeyd edilib.
Verilən statistikalara görə, həddindən artıq çəkili qadınların nisbəti kişilərdən 25% daha çoxdur. Mütəxəssislər bunun səbəbinin iradə azlığında olması ilə əlaqələndiriblər. Qadınlar daha çox stress altında qalır və diyetlərini çox asan poza bilir.
Qadın və kişilərin araşdırıldığı təcrübədə könüllülərdən 17 saat ac qalmaları istənilib. Onlar bu müddətdə müəyyən işlər və fiziki məşqlər ediblər. 17 saatlıq zamandan sonra iştirakçılar bir çox yeməyin olduğu bir masaya aparılıb, ancaq yemək yemələrinə icazə verilməyib.
Bu əsnada elm adamları könüllülərin beyinlərini maqnetik rezonans tomoqrafiyasıyla göstərib. Məqsəd isə onaların yeməyə necə reaksiya verdiklərini araşdırmaq idi. Nəticələrə görə, kişilər yemək istəyinə müəyyən bir nisbətdə qarşı qoya bildikləri halda, qadınların yeməkdən başqa heç bir şey düşünmədiyi görülüb. Ayrıca beyinlərində fəaliyyət sıxlığı bu müddət içərisində ən üst nöqtəyə çatıb.
Mütəxəssislər nəticə olaraq qadınların daha dayanıqsız olmasının rejimlərini daha asan pozmasına səbəb olduğuna və təbii olaraq daha asan kilo almasına şərait yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB