Günəş enerjisi ilə işləyən "Solar Impulsе (HB-SIA)" təyyarəsi İsveçrədən Brüsselə ilk beynəlxalq reysi həyata keçirib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə,"HB-SIA" Avropa vaxtı ilə təxminən 08.40-da havaya qalxıb. Təyyarəni onun konstruktorlarından biri Andre Borşberq idarə edib. Bütünlüklə günəş enerjisi ilə işləyən "Solar Impulsе (HB-SIA)"təyyarəsi Avropada düzəldilib. Günəş enerjisi ilə işləyən, hər biri 10 at gücünə malik 4 mühərrikə malik "Solar Impulse"un qanadlarının uzunluğu 63,4 metr, ümumi çəkisi 1,6 tondur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB