Amerikan Discover jurnalı ölüm ilə maraqlı məlumatlar nəşr edib. Hazırda ölüm haqqında maraqlananlar: İlk ölüləri torpağa basdırma əməliyyatı, İspaniyanın Atapuerca bölgəsində 350 min il əvvəlinə qədər söykənir. Bütün ölümlərin təməlində oksigen əksikliyi yatır. Ölümün ilk üç günündə fermentlər yeməyə başladığınız kimi həzm edilməyə davam edir. Parçalanan hüceyrələr bağırsaqlarda yaşayan bakteriyaların yeməyi olur. ABŞ-da basdırılan cəsədlər, torpağa hər il ortalama 3 milyon litr maye buraxır. Bir İsveç şirkəti cəsədləri müxtəlif kimyəvi maddələrlə dondurur. Cəsəd, bir balonun içində 6 ilə 12 ay arasında saxlanılır və tamamilə yox olur. Beləcə ətrafa zərər verilmədiyini iddia edən şirkət, buna "ekoloji dəfn" deyir. Hindistandakı Zərdüştlər, cəsədləri qırğıların yeməsi üçün açıq sahəyə atır. İngilis Kraliçası Viktorianın əri Şahzadə Albert, xalatı və əlinin gipsiylə basdırılmaq üçün məcbur etmişdi. Madaqaskarda ailələr qohumlarının sümüklərini çıxarıb mərasimlə kəndin ətrafında dolaşdırır. Daha sonra da sümüklər yeni bir kəfənə qoyulub yenidən basdırılır. Köhnə kəfən yeni evlənənə verilir və ya uşağı olmayanların yataqlarına sərilir. 19-uncu əsrdə Misirdə dəmiryolu inşaatı edən şirkət, mumiyaları lokomotivlərə yanacaq olaraq istifadə etdi. Belə böyük qənaət etdilər.
İngilis filosof Fransis Bakon toyuğu dondurmaq istədi. Toyuğun içini qarla dolduran Bacon, soyuqdan xəstəliyə yaxalandı. 1926-cı ildə də sətəlcəmdən həyatını itirdi. 1907-ci ildə Massaçussettsli bir həkim, xüsusi bir ölüm döşəyi hazırladı. Sonra da insan bədəninin ölüm anında 21 qram itirdiyini hesabat etdi. Bu səbəblə ruhun 21 qram tutduğu fərz edilir. ABŞ-da insanların yuzdə 80-ı xəstəxanada ölür.
ABŞ-ın Nyu-York şəhərində cinayət qurbanından çox intihar edən insan var. İnsanlığın başlanğıcından bəri 100 milyard insanın öldüyü hesab edilir. Heç bir mədəniyyət \'Ölmək\' sözünü birdən istifadə etməni seçməz. Hər mədəniyyətin bu sözü qarşılayan bəzi deyimləri vardır. Məsələn \'vəfat etdi\' və ya \'köç etdi\' kimi...
İslamda isə Ölüm bir son olmayıb maddi aləmdən maddi olmayan başqa bir aləmə keçiddir. İnsan ölümdən sonra maddi bədənini tərk edərək \"ruh\" deyilən \"haloqramik dalğa\" formasını alaraq ya məzarda, ya da məzar xaricində öz həyatını davam etdirir. Beynin dayanması ilə birlikdə vücuda yayılan bioenerji kəsilir, bədən ruhi özünə bağlı tutduğu elektromaqnetizmini itirir, beləliklə ruh müstəqil həyat tərzinə keçir. Bu hadisə ölüm adlandırılır. Yaşadığı müddətdə insanın beynindən keçən bütün fəaliyyətlər səs və görüntü dalğaları ilə yüklənmiş dalğalar kimi ruha yüklənmiş olduğu üçün özündə heç bir dəyişiklik hiss etdirmədən yaşayır və insan ruh olaraq eyni bədəndə olduğu kimi yaşamağına davam edir. Ancaq bir fərqlə: həmin bədəndə tamamilə şüurlu və canlı olmasına baxmayaraq maddi bədənindən istifadə edə bilməz. Xaricdə olan hər şeyi görür, duyur, ancaq xaricə özü haqqında məlumat verə bilmir. Böyük islam alimi İbrahim Haqqi özünün \"Mərifətnamə\" əsərində Məhəmməd peyğəmbərin dilindən ölüm hadisəsini belə nəql edir: \"Ölən kəs bədənini kimin yuduğunu, kimin kəfənlədiyini, kimlərin namaz qıldığını, kimlərin ardınca gəldiyini bilir.\" Əgər insan ölümdən sonra yaşamasaydı, onda qəbir əzabı deyilən bir söz də olmazdı. Peyğəmbərimizdən soruşurlar ki, möminlərin ən ağıllısı hansıdır. O da cavab verir kı, ölümdən sonrakı həyata ən çox hazırlananı. Günahkarlar mütləq qəbir əzabını yaşayırlar, hətta, heyvanlar da onların səsini eşidirlər. Böyük islam alimi İmam Qazali belə söyləyir:\"İnsanların ölümü yoxluq kimi qarşılamaqları yanlışdır. Dirilmənin ilk yaradılış kimi ikinci bir yaradılış olduğunu zənn etmək də yanlışdır. Əslındə insan oğlunun bir çox dirilməsi vardır, onun dirilməsi iki dəfədən ibarət deyildir.\" Həzrət Ömər Peyğəmbərimizdən soruşur ki, qəbirdə ağlımız başımızda olacaqmı? Peyğəmbər cavab verir ki, bəli eyni bu günki kimi. Sonra peyğəmbərimiz söyləyir:\" İnsan qəbirdə uzaqlaşan ayaq səslərini eşidir, bundan sonra qəbir sorğuları başlayır. Mömin kəsə Allah tərəfindən mərhəmət gəlir və suallara düzgün cavab verir, kafir isə cavab tapa bilmir.\" Qəbrə qoyulan adamın şüuru yerində, ağlı başındadır. Qiyamətə qədər də yaşamağını şüurlu olaraq davam etdirər. Qiyamətdə o günün şərtlərinə uyğun yeni bədəninə qovuşar. Hər kəsi belə həyat gözləyir...
Bütün xəbərlər Facebook səhifəmizdə