Facebooka çox da güvənməyin
Facebook yenə də ən güclü casus sosial şəbəkə kimi özünü təsdiq etdi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Saymantec" kompyuter mühavizə şirkəti bildirib ki, Facebook sosial şəbəkəsinin yaradıcıları istifadəçilərinin şəxsi məlumatlarına girə bilirlər.

İstifadəçilərin şəxsi məlumatlarına daxil olmaq üçün Facebook rəhbərliyi İFRAME proqramı vasitəsindən yararlanıb. Bu proqram vasitəsi ilə sosial şəbəkənin rəhbəri istifadəçilərin harada yaşadıqlarını, onların yaşını və nələri sevdiklərini öyrənə bilir.

Həmin proqramın parolunun 3-cü nəfərin əlinə keçməsi nəticəsində 2007- ci ildən istifadəçilərin şəxsi məlumatları silinir.

Bütün sosial şəbəkələrin istifadəçilərinin məlumatları Amerika kəşfiyyat şirkətinin əlində cəmləşib. Bu sıraya Facebook, Yahoo, Google aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə