4950 dollara dəbdəbəli əl çantaları

4950 dollara dəbdəbəli əl çantaları
Məşhur marka olan "Louis Vuitton" yaz-yay 2011 fəsilinə uyğun olan yeni kiçik əl çantaları kolleksiyasını dəbsevərlərin ixtiyarına verib. Bu çantalar modeli ekzotik, heyranedici dəbdəbəli dəri parçadan hazırlanıb. SİA-nın rus saytına istinadən verdiyi xəbərə görə, bu kiçik çantaların modeli bizləri 1920-ci illərin dəbinə qaytaracaq.
Qeyd edək ki, bu dəbli kiçik çantalar alıcıların ixtiyarına üç rəngdə veriləcək, "ametist", "narşərab" və "tünd çəhrayı". Bu aksesuarları 4 950 dollara bütün dünyada marka olan "Louis Vuitton" firma mağazalarından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə