Bahar mövsümü yorğunluğuna qarşı bol su qəbul edin

Bahar mövsümü yorğunluğuna qarşı bol su qəbul edin
Bahar mövsümündə havadakı elektrik yükünün artdığını ifadə edən Sinə Xəstəlikləri Mütəxəssisi Dr. Hacər Özkan, "Elektrik yükünün sıxlığı bahar mövsümündə gərginliyi və stresi artırır. Bahar mövsümündə tərəvəz və meyvələrin yanında bol su içib, çoxlu sulu qidaların qəbul edilməsi lazımdır" deyib.

Bahar yorğunluğunun səbəblərini açıqlayan Tekden Xəstəxanasının Sinə Xəstəlikləri mütəxəssisi Dr. Hacər Özkan, "Balanssız bəslənmə, kafi miqdarda vitamin, mineral alınmaması təzyiq, ürək xəstəliyi, allergiya, soyuqdəymə və bəzi ağrı kəsici dərmanların istifadəsi, qan şəkəri düşmələri, gurultulu, çox isti ya da soyuq məkanlar, stresli iş mühiti, çirkli hava kimi vəziyyətlər də yorğunluğa gətirib çıxarır. B və C vitaminləri tərəvəz və meyvələrdə kalium, pomidor, kartof və ərikdə bol miqdarda olur. Bu səbəbdən meyvə, tərəvəz, kartof, ərik qəbul etməyə diqqət yetirin" deyə söyləyib.

Gündə 2-2.5 litr su içməyi də təklif edən Dr. Özkan, "Yuxu nizamına diqqət yetirin. Rahat bir yuxu üçün yatağa girmədən əvvəl gündəlik bütün stress səbəblərinizi ağılınızdan uzaqlaşdırın. Bol-bol gəzin",-vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə