Meymun zooparkin pis vəziyyətinin dərdindən siqaret çəkir

Meymun zooparkin pis vəziyyətinin dərdindən siqaret çəkir
Malayziyanın Cohor Baru şəhərindəki zooparkdakı heyvanların yaşam vəziyyəti olduqca ağırdır. Belə ki, Timsahlar suyu çoxdan qurumuş hovuzlarda, pələng və şirlər dar, çirkli qəfəslərdə yaşayırlar. SİA xarici mətbuata istinadən xəbərə verir ki, ən pis vəziyyət 25 yaşlı oranqutan Şirlidədir. O, dar qəfəsdə rahat oturmaq uğrunda Mate Abu adlı digər oranqutanla rəqabət aparır. Üstəlik Şirli zooparka gələn turistlərin qəfəsə atdıqları siqaret kötüklərini yığmağa öyrəşdiyindən indi siqaret də çəkir.

Böyük meymun turistlərin qəfəsə tulladıqları peçenye, buterbrod qalıqları ilə qidalanır, hərdən də alüminium "Coca Cola" qablarını gəmirərək əylənir.

Qeyd edək ki, Malayziyada ötən ilin oktyabrında zooparklarla bağlı yeni qanun qəbul edilsə də indiyədək heç nə dəyişməyib. Həmin zooparklara problemləri aradan qaldırmaq üçün 6 ay vaxt verilsə də hər şey olduğu kimi qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə