Dördayaqlı “fotoqraf”
İlk "dördayaqlı" fotoqraf ABŞ-da aşkarlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın Sietl şəhərində yaşayan Kuper adlı pişik şəkil çəkməklə ən məşhur "fotoqraf" sıralarına daxil olub.

Belə ki, Maykl və Deydra Krossların ailəsində yaşayan pişik sahibləri tərəfindən boynundan kiçik fotoaparat asıldıqdan sonra getdiyi hər yerin şəkillərini çəkməyə başlayır. Videogörüntülərini evdəki kompüterə ötürən dördayaqlı "fotoqraf" hətta internetdən istifadə etmək qabiliyyətinə də malikdir. Pişiyin internetdə bloku və "Facebook" sosial şəbəkəsində 12 min dostu var.

Bütün xəbərlər Facebook səhifəmizdə