“Skype” “Windows Live” internet-servis ailəsinə daxil ediləcək

“Skype” “Windows Live” internet-servis ailəsinə daxil ediləcək
"Microsoft" korporasiyası İP-telefoniya və videoəlaqə servisi olan "Skype"ı almaq barədə razılıq əldə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, danışıqlarda "Microsoft"un baş direktoru Stiv Balmer şəxsən iştirak edib. Ehtimal olunur ki, "Skype" "Windows Live" internet-servis ailəsinə daxil ediləcək.
Qeyd edək ki, razılaşmanın məbləğinin 8,5 mlrd. dollar olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə