Mayın 21-də Bakıda Pivə Festivalına start veriləcək

Mayın 21-də Bakıda Pivə Festivalına start veriləcək
Mayın 21-də Bakıda Pivə Festivalına start veriləcək. SİA-nın Lent.az-a istinadən verdiyi xəbərə görə, festival çərçivəsində böyük mədəniyyət proqramı planlaşdırılır. Qonaqlar tanınmış musiqi kollektivlərinin çıxışlarını dinləməklə yanaşı, müxtəlif maraqlı müsabiqələrdə və əyləncəli yarışlarda iştirak edə biləcəklər.
Pivə festivalında məşhur müğənnilərin iştirakı gözlənilir-xalq artisti Zülfiyyə Xanbabayeva, Natəvan Həbibi, "Dəyirman" rep qrupu, Zamiq və Elnur gecəyə dəvət olunan qonaqlar sırasındadır. Festivalın əsas sürprizi isə 2003, 2004, 2007 və 2010-cu illərdə "Muz-Tv" mükafatlarını qazanmış Rusiyanın tanınmış "Diskoteka Avariya" qrupu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə