Hacıqabul rayonunda qeyri adi hadisə yaşanıb. SİA-nın Aran bürosunun məlumatına görə, Hacıqabulda iribuynuzlu heyvanın sağ qarın nahiyəsində ərəb əlifbası ilə Allah kəlməsi yazılıb. Rayonun din xadimi Hacı Əhmədin sözlərinə görə dananın üzərində Allah kəlməsi yazılıb, digər tərəfində isə Məhəmməd adı ərəb dilində necə yazılırsa o cür də həkk olunub: "Həqiqətən olduqca qeyri-adi hadisədir. Bu onu təsdiq edir ki, yer- göy hamısı Allahın nişanəsidir. Bununla da insanlara Allaha yaxın olmaları tövsiyə olunur".
Qeyd edək ki, sahibi dananı kəsmək istəyəndə heyvan ön ayaqlarını qatlayaraq oturub, alnını yerə qoyub. Bu qeyri adi hadisə ətrafda olan insanları heyrətə gətirib və kəsmək fikrindən daşınıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB