Çində romantika qadağan olunub

Çində romantika qadağan olunub

Çində romantika qadağan olunub. SİA-nın məlumatına görə, televiziya kanallarına quldurluq, cinayət və romantizm məzmunlu nəşrlərinə görə 3 aylıq qadağa qərarı qüvvəyə minib.

 

Çin Dövlət Radio, Film və Televiziya İdarəsinin (SARFT) televiziya səlahiyyətliləri açıqlamaları zamanı bildiriblər ki, ayın əvəllərindən bu barədə xəbərdarlıq edilsə də qadağanın səbəbi haqqında heç bir məlumat verilməyib.

 

Bununla yanaşı, SARFT 3 ay ərzində televiziyalarda nümayiş olunması məsləhət bilinən 40 serialdan ibarət siyahı təqdim edib.

 

Qeyd edək ki, qadağadan sonra Çində bir neçə veriliş dayandırılıb, seriallar isə təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə