Onlar dondurularaq həyata qaytarılacaqlar

Onlar dondurularaq həyata qaytarılacaqlar

Doğuş zamanı oksigensiz qaldıqları üçün bir neçə saniyə sonra ölən və ya fiziki qüsurlu böyüyən uşaqlar hamımıza məlumdur. SİA-nın məlumatına görə, artıq bunun çarəsi tapılıb. Belə ki, doğuş əsnasında oksigensiz qaldıqları üçün gələcək həyatlarında qüsurlu yaşayacaq olan körpələr artıq dondurularaq həyata qaytarılır.

 

Bu üsulun Türkiyədə tətbiq olunması həm dünya ölkələri, həm də türklərin özləri tərəfindən böyük bir rəğbətlə qarşılanıb. Ankara Qadın Doğum, Uşaq Sağlamlığı və Xəstəliklərini Araşdırma Xəstəxanasında tətbiq olunmağa başlanan üsula "Servo İdarə" adı verilib. Bədən istiliyini stabilləşdirən sistem nəticəsində, tərs doğulan və ya doğuş zamanı hər hansı səbəbdən oksigensiz qalan körpələrin zehni, fiziki qüsurlu olmalarının qarşısı alınacaq.

 

Xəstəxananın baş həkimi Dr. Nurullah Oxumuş bildirib ki, bu üsulun Türkiyədə tətbiq edilməsi tibb sahəsində böyük irəliləyişdir: "Dünyada böyük əks-səda yaradan bu üsul ilk olaraq İngiltərədə tətbiq olunub. Biz bu sistemi böyük çətinliklər nəticəsində Türkiyədə də tətbiq etmə şansı əldə etmişik. Mən əminəm ki, bu üsul bir çox körpə üçün ümid olacaq".

 

Servo İdarə üsulu haqqında məlumat verən Oxumuş onu da qeyd edib ki, bu üsul hüceyrələrin oksigen ehtiyacını kəskin surətdə azaldır: "Bir hüceyrənin yaşaması üçün enerji sərf etməsi lazımdır, bunun üçün də təbii ki, oksigenə ehtiyac var. Əgər lazım olan oksigen təlabatı ödənmirsə hüceyrələr məhv olur və bu da öz növbəsində beyində fəaliyyəti ləngidir və ya tam iflic edir. Servo İdarə üsulu ilə hüceyrənin maddələr mübadiləsi tənzimlənir. Beləliklə də, bədəndə oksigen ehtiyacı azalır. Oksigensiz qaldıqda bədən əsasən ilk bir neçə gündə ciddi təhlükə ilə üz-üzə qalır. Normal insanın bədən istiliyi 36,5-37,5 dərəcə arasındadır. Biz bu üsulla bədən istiliyini 33.5 dərəcəyə salaraq 3-4 gün bu şəkildə saxlayırıq. Nəticədə hüceyrələrdə qan dövranı başlayır və bədənin temperaturu yavaş-yavaş artırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə