Eyni cinsdən olanlar mülki nikaha girə biləcək

Eyni cinsdən olanlar mülki nikaha girə biləcək
Braziliya Ali Məhkəməsi eyni cinsdən olan şəxslərin mülki nikaha girməsinə icazə verib. SİA-nın xarci mətbuata istinadən verdiyi xəbərə görə, hakimlər cinsi azlıqların bu istəyini reallaşdıra bilməsini onların hüquqlarının təmini hesab edib.

Ali Məhkəmə hesab edir ki, homoseksuallara rəsmi nikah qadağan olunsa da, onların mülki nikahda yaşamasına maneə yaradılmamalıdır.

Xatırladaq ki, bu, Braziliyanın yeni prezidenti Dilma Russefin sosial sahədə islahatlar planının əsas hissələrindən birini təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə