Alimlər: “Qadınlar ideal bədən quruluşuna malik olmaq üçün çox şeydən imtina etməyə hazırdılar”

Alimlər: “Qadınlar ideal bədən quruluşuna malik olmaq üçün çox şeydən imtina etməyə hazırdılar”
Amerikalı alimlər qadınlar arasında son araşdırma aparıblar. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, son araşdırma onları heyrətə gətirib. Belə ki, araşdırma zərif cins nümayəndələrinin ideal bədən quruluşuna malik olmaq üçün çox şeydən imtina etməyə hazır olduğunu bir daha üzə çıxarıb. Sən demə, hər 6 qadından biri artıq çəkisinin olmaması naminə hətta görmə qabiliyyətini itirməyə razıdır. Rəyi soruşulanların dörddə biri isə depressiyanı köklükdən üstün tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə