Qərbi Afrika ölkəsi Keniyanın paytaxtı Nayrobidə ölkə tarixinin ən böyük fil dişi qaçaqmalçılığı hadisələrindən biri ortaya çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, paytaxtın hava limanında ələ keçirilən dəmir qutularda çəkisi 1.4 ton olan fil dişləri tapılıb. Rəsmilər müsadirə edilən fil dişlərinin ümumi dəyərinin təxminən 3 milyon dollar olduğunu deyiblər.
Hava limanı Təhlükəsizlik İdarəsinin rəsmisi Eunike Kihiko, Nigeriyadakı bir ünvana göndərilməsi sifariş olunan qutuların cinayətkar bir qruplaşmaya aid olduğunu və onlarla hava limanındakı gömrük əməkdaşları arasında gizli bir müqavilə bağlanıldığının ehtimal edildiyini söyləyib.
Kihiko bildirib ki, qutuların idxal edilən məhsullar arasında tapılması hava limanında bu kimi cinayətlərə aeroport əməkdaşları tərəfindən yardım edilməsi ehtimalı üzərində dayanmağa əsas verir.
Xatırladaq ki, fil dişinin qanunsuz satış mərkəzinə çevrilən Nayrobidə keçən il 2 ton fil dişi və 5 kərgədan buynuzu ələ keçirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB