Hər il yüzlərlə vətəndaş buna görə ölür!

Hər il yüzlərlə vətəndaş buna görə ölür!
Hər kəs üçün Təcili Sağlamlıq Dərnəyinin başçısı Dr. Ülkümen Rodoplu kifayət qədər tüstü zəhərlənməsi səbəbi ilə Türkiyədə hər il yüzlərlə vətəndaşın öldüyünü bildirib. Dr.Ü.Rodoplu son olaraq Bursanın Nilufer mahalında sobadan sızan tüstüdən Məmməd Çoban (49), yoldaşı Mahbube Çoban (47), uşaqları Gülfer (16), Rəcəb (13) və Zeynəbin (8) həyatını itirdiyini, Zekiyenin (12) isə reanimasiyada müalicə altına alındığını xatırladıb.

Çoban ailəsinin yoxsulluq səbəbindən sobada talaş yandıraraq istiləndiyini izah edən Rodoplu bunları qeyd edib: 'Tüstü zəhərlənməsi səbəbindən ölkəmizdə hər il yüzlərlə vətəndaş ölməkdədir. Xalqımızın bu mövzuda şüurlandırılması üçün dövlətin illərcə heç bir konkret iş görməməsi düşündürücüdür. Yoxsul insanların ölümünə səbəb olan tüstü zəhərlənməsi, Avropada heç bir ölkədə bu qədər can almazkən, bizdə hələ tale olaraq hesab edilməkdədir. Karbonmonoksit zəhərlənməsi taleh deyil. Bu mövzuda yetərli məlumatlandırma edilməməsi, tədbir görülməməsi bu qədər çox ölümə gətirib çıxarır".

Bütün xəbərlər Facebook səhifəmizdə