Türkiyənin Dənizlidəki Pamukkale Universitetində 126 adam qastrit və mədə əməliyyatları ilə artıq kilolardan qurtula biliblər. SİA-nın xəbərinə görə, Türkiyənin Dənizlidəki Pamukkale Universiteti Xəstəxanasında 2008-ci ildən bu yana fəaliyyət göstərən Bariatrik Cərrahiyyə Mərkəzində boy-kilo indeksi 40-dan çox olan 126 adam qastrik və mədə əməliyyatları ilə çox kilolarından azad olunublar. Mərkəzdə əməliyyat keçirən izmirli Feyza Dinsel, 146 kilodan 67 kiloya, İzmirli Ali İnsel 129 kilodan 80 kiloya, dənizlili Erhan Sabanoğlu isə 157 kilodan 100 kiloya endi. Mərkəzdə müalicə olan və müalicələri davam edən xəstələr həftə sonunda Pamukkaledə Colossae Oteldə bir araya gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB