İngilis professorunun həyatını türk həkim xilas etdi

İngilis professorunun həyatını türk həkim xilas etdi
Bodrumda bağırsaq düyünlənilməsi səbəbindən xəstəxanaya aparılan ingilis professoru Andrew John Prag türk həkimlərin etdiyi əməliyyat nəticəsində sağlamlığına qovuşub. SİA-nın xəbərinə görə, Bodrumda təşkil edilən bir yığıncağa qatılmaq üçün Türkiyəyə gələn Manchester Universitetinin professoru Andrew John Prag qarın ağrısı, qusma və ürək bulanması şikayətləri ilə Bodrumdakı bir xəstəxanaya aparılıb. Burada Prag əməliyyat edilib. Klinikanın cərrahı Dr. Levent Sələf etdiyi şərhdə, ingilis professorun əməliyyatdan sonra reanimasiyaya alındığını və bir gün reanimasiyada qaldıqdan sonra 4 gün müddətində normal müalicənin tətbiq olunduğunu izah edib.

Bütün xəbərlər Facebook səhifəmizdə