Gəncədə yeni doğulan buzovun iki dili var - FOTOSLAYD

Gəncədə yeni doğulan buzovun iki dili var - FOTOSLAYD

Gəncədə qeyri-adi hadisə baş verib. SİA-nın qərb bürosu xəbər verir ki, maraqlı hadisə Abbasovlar ailəsində qeydə alınıb. Elman Abbasov bu səhər təsərrüfatında inəyinin bala verdiyindən xəbər tutub. Bunu adi hal kimi qəbul edən fermer buzova baxdıqda onun baş nahiyəsində dil olduğunu görüb: "Uzun illərdir bu sahə işlə məşğul olsam da ilk dəfədir belə hadisənin şahidi oluram. Buzovun ağzındakı dilində heç bir qüsur yoxdur".

Mütəxəssislər isə bu cür vəziyyəti möcüzə kimi qarşılanmasını düzgün saymırlar. Kənd təsərrüfatı elmləri namizədi Urfan Turabovun sözlərinə görə buzovda qeydə alınan bu fakt anormal haldan xəbər verir.

Bu gün doğulan buzovun səhhətində heç bir problem yoxdur. Heyvan baytar həkimlərin müayinəsindən keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə