Dünyanın ilk 3D xəritəs işlənib hazırlanır

Dünyanın ilk 3D xəritəs işlənib hazırlanır
Bir qrup alim dünyanın ilk 3D xəritəsini işləyib hazırlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu məqsədlə onlar Yer Kürəsindən milyardlarla işıq ili qədər uzaqda olan Qalaktikalar mərkəzində 14 000 böyük enerji mənbəyi olan ulduzabənzər səma cisimlərindən qaynaqlanan işıqdan istifadə ediblər. Alimlərin SDSS-III-nin köməyilə qurduqları 3D-xəritə baryon tərəddüdlərin spektroskopik tədqiqatları (BOSS) sahəsində ilk uğur hesab oluna bilər.

"Kainatın ən parlaq obyektləri olan kvazarlardan bizimlə səma cisimləri arasındakı kainatı dolduran hidrogen qazını öyrənmək məqsədilə rahat işıqlanma mənbəyi kimi istifadə edirik. Təəccüblüsü odur ki, bütün bunlar bizə dünyanı istədiyimiz qədər uzaq məsafələrədək görməyə imkan verir" ,- deyə ABŞ-ın Milli Brukheyven Laboratoriyasında çalışan araşdırmaçılardan biri, Anje Slosar (Anze Slosar) belə söyləyib.
Bugünədək heç kəsin zaman baxımından bu qədər uzaq məsafələrədək kosmik genişlənmə sürətini ölçmədiyini nəzərə alsaq, alimlərin bu cəhdi heyrətamiz perspektivlər vəd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə