Dünyanın ən gözəl sarayları hansılardır?

Dünyanın ən gözəl sarayları hansılardır?
Dünyanın ən gözəl sarayları hansılardır? SİA xəbər verir ki, dünyanın ən gözəl saraylarından biri inşasına XIII-cü əsrdə başlanan, İspaniyanın ən gözəl strukturlarından biri olan Alhambra sarayıdır ki, o 1492-ci ildə xristianların əlinə keçib. Alhambra, indiki vaxtda ən gözəl nümunələrdən biri sayılır.

Digər saray İngilis monarxiyasının ən böyük simvolu olan Buckingham sarayıdır ki, ondan ilk dəfə ilk Kraliça Viktoriya istifadə edib.

Dünya Mədəniyyət Mirasları siyahısında iştirak edən digər saray İsveçdə yerləşən Drottningholm sarayıdır.

Bir zaman Roma imperatorlarının yaşadığı Domus Augustan sarayı hazırda xaraba vəziyyətində olduğuna görə bərpa olunduqdan Septimius Severus sarayı adlandırılaraq orijinal quruluşa malik olub. Bununla da o ən gözəl saraylar siyahısına daxil olub.
İspaniyada tikilən El Escorial sarayı, kral ikinci Filippin dinə sədaqət nümunəsi hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə