Xərçəng xəstəliyinə tutulan 5 yaşlı uşaq öz xərclərini özü ödəyir

Xərçəng xəstəliyinə tutulan 5 yaşlı uşaq öz xərclərini özü ödəyir
Xərçəng xəstəliyinə tutulan 5 yaşlı uşaq öz müalicəsini özü ödəyir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın Kanzas ştatında yaşayan 5 yaşlı Aydan Rid ötən il həkimlər tərəfindən qoyulan kəskin limfa leykozu diaqnozundan əziyyət çəkir. O vaxtdan bir sıra müalicələr keçən uşağın tam sağalma şansı yaranıb. Lakin bu həttindən artıq çox pul tələb etdiyindən onun valideynləri evlərini satmaq məcburiyyətində qalıblar. Amma təəssüflər olsun ki, bu pul da onun müalicəsinə yetərli olmayıb.

Belə olan halda 5 yaşlı uşaq öz müalicəsini çəkdiyi şəkillərin satılması hesabına ödəmək qərarına gəlib. Belə ki, Aydan monstr və vampirlərin şəkillərini çəkərək satmaq üçün atasına təqdim edir. Şəkillərin satışından artıq 30 min dollar əldə olunub. İndiyə qədər 3 min belə şəkil çəkən 5 yaşlı uşaq öz müalicəsini ödəməklə yanaşı, hətta satdıqları evi də qaytara da bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə