Google ABŞ-ın nüfuzlu şirkəti seçilib

Google ABŞ-ın nüfuzlu şirkəti seçilib
Qlobal şəbəkənin ən populyar axtarış servisinə malik Google korporasiyası ABŞ-ın nüfuzlu şirkətləri reytinqində birinci yerə layiq görülüb. SİA xəbər verir ki, sözügedən siyahı Harris Interactive Təşkilatının keçirdiyi sorğunun nəticələrinə əsasən tərtib olunub.

Sorğu çərçivəsində 30 mindən artıq respondentdən 60 daha çox tanınmış Amerika şirkətinin adını çəkmək, sonra isə bu şirkətləri 20 müxtəlif amillər, o cümlədən maliyyə göstəriciləri, sosial məsuliyyət və lider bacarıqları üzrə qiymətləndirmək xahiş olunub.

Siyahının ikinci pilləsində Johnson & Johnson, daha sonra isə 3M Company və Berkshire Hathaway şirkətləri yer alıblar.

Qeyd edək ki, Reytinqdə ilk dəfə yer alan Facebook sosial şəbəkəsi siyahının dərhal ortalarında, yəni 31-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə