Təyyarəyə çevrilən avtomobil

Təyyarəyə çevrilən avtomobil
NASA mühəndisləri tərəfindən ABŞ-da hazırlanan "dünyanın ilk uçan avtomobili" Terrafugia Transition təhlükəsizlik testlərini müvəffəqiyyətlə keçib. SİA-nın məlumatına görə, iki nəfərlik bir avtomobildən 30 saniyə içində təyyarəyə çevrilən avtomobili almaq üçün indidən 100 adam müraciət edib.
Uçan avtomobilin bu il fəaliyyətə başlayacağı bildirilir. Lakin avtomobilin havaya qalxması üçün yer tapmaq olduqca çətin olacaq. Çünki Amerikada yoldan havalanmanın qanuni olduğu tək əyalət Alyaskadır.

Bütün xəbərlər Facebook səhifəmizdə